Çatdırılma və qaytarma
Sifarişin ən qısa zamanda sənə çatsın deyə çalışırıq. Bəyənmədiyin məhsulu isə asanlıqla qaytara bilərsən.
Çatdırılma müddəti
Bakı daxilində sifarişlər adətən 24 saat ərzində, digər şəhər və rayonlara 2–4 iş günü ərzində çatdırılır. Çatdırılma günü və saat aralığını sifariş zamanı seçə bilərsən.
Çatdırılma qiyməti
50,00 ₼-dan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur. Bakı daxilində qiymət ünvana görə hesablanır, regionlara çatdırılma 6,00 ₼-dır. Dəqiq məbləğ sifarişi rəsmiləşdirərkən göstərilir.
Təhvil məntəqəsi
İstəsən sifarişi ünvana deyil, təhvil məntəqəsinə çatdırmaq olar — məntəqəyə çatanda sənə bildiriş gələcək.
Qaytarma
Məhsulu aldıqdan sonra 14 gün ərzində qaytara bilərsən. Məhsul istifadə olunmamış, etiketləri və qablaşdırması qorunmuş olmalıdır. Qaytarma sorğusunu hesabında, sifarişin səhifəsindən göndər.
Pulun geri qaytarılması
Qaytarılan məhsul yoxlanıldıqdan sonra məbləğ ödəniş etdiyin karta 3–10 iş günü ərzində geri köçürülür.
